Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Xırdalana gedən "1 manatlıq" taksilərin bazarı bağlanır? Avtobus zolağı nə vəd edir-Video

© Azerbaijan Highway State AgencyBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Ekspert bildirib ki, Bakı-Sumqayıt yolu üzrə avtobus zolağının çəkilməsi intensiv hərəkəti təmin edə bilməyəcək.
BAKI, 10 oktyabr — Sputnik. "Bütün avtobus zolaqlarına təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qayda pozuntusu etmiş olurlar. Bu qayda pozuntusu xüsusi texniki vasitələrlə aşkarlanmaqla elektron qərarlar tətbiq olunur. Sürücülərdən qeyd olunmuş qayda pozuntularına yol verməmələri, ictimai nəqliyyatla hərəkət edən sərnişinlərin rahat mənzil başına çatması üçün şərait yaratmalarını xahiş edirik".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı-Sumqayıt yolunda yeni avtobus zolağının yaradılmasına münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli söyləyib.
Minlərlə sürücü zolağa görə cərimələnib
Polis nümayəndəsi bildirib ki, avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq edilir. O, bu ilin 9 ayı ərzində minlərlə sürücü barəsində avtobus zolağına daxil olduğu üçün tədbir görüldüyünü söyləyib.
Yeni zolaq sıxlıq yaradacaqmı?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi bu yolda sıxlığa səbəb olmayacaq. Onun sözlərinə görə, yolda hərəkət düzgün təşkil olunarsa, bu, sıxlıq yaratmaz.
E.Muradlı onu da bildirib ki, avtobus zolaqları yaradılsa da, digər avtomobillər bu zolaqlara daxil olurlar:
"Onlar avtobusların hərəkətinə mane olurlar. Bu isə zolaqların salınmasının effektinin itirilməsinə səbəb olur".
Ekspert həmçinin əlavə edib ki, Bakı-Sumqayıt istiqaməti üzrə sərnişin avtobuslarının sayı çox azdır. Onun sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətə birbaşa sərnişin daşıyan avtobuslar yoxdur. Bu istiqamət üzrə beş-altı marşrut xəti fəaliyyət göstərir.
© Sputnik / Murad OrujovElməddin Muradlı, arxiv
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Elməddin Muradlı, arxiv
Şəxsi avtomobil və taksilərə təlabat azalacaq?
"Burada söhbət əsasən Xırdalan, Masazır istiqamətində sərnişin daşıyan avtobusların hərəkətindən gedir. Nəzərə almaq lazımdır ki, Xırdalanda yüz minlərlə insan yaşayır. Şəhərin mərkəzində evləri sökülən sakinlərin çoxu Xırdalan və Masazıra köçürlər. Bu istiqamətdə əhali sayı kəskin artıb. İctimai nəqliyyat normal hərəkət etmədiyindən insanlar şəxsi avtomobillərə və "1 manatlıq taksi"lərə üstünlük verirlər. Bu da Bakı-Sumqayıt yolunda sıxlığa səbəb olur. Bu baxımdan sözegedən istiqamətdə avtobus zolaqlarının yaranması ictimai nəqliyyatın fasiləsiz hərəkətinə imkan yaradacaq. Vətəndaşların şəxsi avtomobil və 1 manatlıq taksilərdən asılılığı azalacaq", - deyə ekspert bildirib.
Bu zolağın da "əmma"sı var
E.Muradlının fikrincə, Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi intensiv hərəkəti təmin edə bilməyəcək. Çünki, zolağın bir hissəsi "Şamaxinka" adlanan ərazidə, digər hissəsi isə Xırdalan dairəsində itəcək:

"Orada vaxtında hərəkət düzgün təşkil olunmayıb. Ciddi nöqsanlara yol verilib. Xırdalan dairəsi genişləndirildikdə biz təklif etmişdik ki, orada başqa sistem təmin olunsun. Amma bunu etmədilər. Ümumi götürdükdə zolağın müəyyən qədər faydası olacaq. Əvvəl bu istiqamətdə avtobuslar yarım saat tıxacda qalırdısa bu vaxt 15 dəqiqəyə düşə bilər. Təbii ki, digər avtomobillər salınan yeni zolağa daxil olmasalar".

Avtobus zolaqları yaradılmasa...
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda avtobus zolağının salınması vacibdir.
Onun sözlərinə görə avtobus zolaqları çəkilməyincə yollarda minik avtomobillərinin sayı azalmayacaq:

"Bu yolda avtobus zolağının yaradılması insanları minik avtomobillərindən imtina edib könüllü ictimai nəqliyyata meyilləndirəcək. Əgər biz bunu etməsək, gələcəkdə minik avtomobillərinin əlindən tərpənmək olmayacaq. Paytaxt yollarında minik avtomobillərinə təlabatı azaltmaq lazımdır. Əks halda paytaxt küçələrində bu gedişlə hərəkət etmək mümkün olmayacaq".

B. Bağırov onu da bildirib ki, qardaş Türkiyədə yollar demək olar ki, ictimai nəqliyyatın ixtiyarına verilib:

"Bir yol avtobuslara, bir yol velosipedə, bir yol avtomobillərə verilib. Minik avtomobillərinə bir zolaq kifayətdir. Ona görə biz çalışmalıyıq Sumqayıt istiqamətinə avtobus zolağı ilə yanaşı yerüstü metro xətti çəkək. Əgər indi etməsək, yaxın gələcəkdə o yolda hərəkət tam iflic olacaq".

140.000-ə yaxın sərnişinin həyatına təsir edəcək zolaq
Qeyd edək ki, ötən həftənin sonundan etibarən Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər) avtobus zolağının təşkil edilməsinə başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumatda bildirilib ki, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.
Qeyd olunan yol sahəsində gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda avtobuslar - Sputnik Azərbaycan, 1920, 30.09.2023
CƏMİYYƏT
Ölüm kabusuna çevrilən avtobuslar: AYNA onların "ömrünə" az qaldığını vəd edir
Xəbər lenti
0