SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin xarici işlər naziri Şuşadadır

© AFP 2023 / ADEM ALTANHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Türkiyənin xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etmək məqsədi ilə Şuşaya gəlib.
BAKI, 10 oktyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. Məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etməkdir.
H.Fidan hazırda Şuşadadır.
Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.
Xəbər lenti
0