CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran öz ampluasında: DSX narkotacirləri saxlamaqdan yorulub

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Dəyəri 15 milyon manat olan yarım tona yaxın narkotik dövriyyədən çıxarılıb
Dəyəri 15 milyon manat olan yarım tona yaxın narkotik dövriyyədən çıxarılıb - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 9-da saat 21:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonu Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 8 kq 270 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0