SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: “Rusiya sülhməramlıları Qarabağı tərk edərlərsə, Ermənistana keçməməlidirlər”

© AFP 2023 / EMMANUEL DUNANDRusiya sülhməramlılarının texnikası
Rusiya sülhməramlılarının texnikası - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
BAKI, 10 oktyabr - Sputnik. Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir.
“Report”un məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bu, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar”, - o, jurnalistin sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.
Rusiya sülhməramlıları - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası
Rusiya sülhməramlılarının fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq - Zaxarova
Xəbər lenti
0