Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Külək yenidən güclənəcək, çaylardan sel keçəcək

© AFP 2023 / JEFF PACHOUDKülək hava
Külək hava - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Oktyabrın 11-dən 12-si səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 11-də gündüz ayrı-ayrı yerlərdə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
BAKI, 10 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gündüzdən 12-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Azərbaycanın rayonlarında oktyabrın 11-i axşamadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayr-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Oktyabrın11-dən 12-si səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 11-də gündüz ayrı-ayrı yerlərdə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Xəbər lenti
0