Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynaya ötürülən NATO silahlarından İsraildə fəal şəkildə istifadə olunur – Medvedev

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidMedvedev
Medvedev - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Dmitri Medvedev: "Əvvəllər də korrupsioner Ukrayna hakimiyyəti əllərində olan hər şeylə alver edirdilər. Qaz və nefti, ərzağı, materialları oğurlayırdılar".
BAKI, 9 oktyabr — Sputnik. Ukraynadakı rejimə təhvil verilən silahlar İsraildə aktiv şəkildə istifadə olunur və bundan sonra nəzarətsiz şəkildə bütün qaynar nöqtələrdə istifadə olunacaq. Kiyev rejimi, əvvəllər də "gözünə xoş dəyən hər şeyi oğurlayırdı", deməli, qara bazarda tezliklə "Kiyevdəndir" adı ilə raketlər, tanklar və təyyarələr peyda ola bilər.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə özünün "Telegram" kanalında yazıb.

"NATO-dakı dostlar, oyunu sona çatdırdınız? Ukraynadakı neonasist rejiminə verilən silahlar İsraildə fəal şəkildə istifadə olunur. Sonra onlar Əfqanıstanda qaçaq amerikalıların qoyub getdikləri silahlar kimi, bütün qaynar nöqtələrdə nəzarətsiz şəkildə istifadə ediləcək", - deyə Medvedev yazıb.

"Axı, əvvəllər də korrupsioner Ukrayna hakimiyyəti əllərində olan hər şeylə alver edirdilər. Qaz və nefti, ərzağı, materialları oğurlayırdılar. Gözlərinə xoş görünən hər şeyi oğurlayırdılar. Bundan sonra vəziyyət daha da pisləşəcək. Tezliklə qara bazarda Kiyevdən raketlər, tanklar və təyyarələr gözləyin", - deyə rusiyalı siyasətçi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0