SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sahibə Qafarova Rumıniyaya səfərə gedib

© Photo : Milli MejlisSahibə Qafarova Rumıniyaya səfərə gedib
Sahibə Qafarova Rumıniyaya səfərə gedib - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.
BAKI, 9 oktyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.
Buxarestin "Henri Koanda" Beynəlxalq Hava limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0