CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində güclü külək əsir - Faktiki hava

Külək - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti barədə məlumat yayıb.
BAKI, 9 oktyabr - Sputnik. Ölkə ərazisində şimal-qərb küləyi güclənib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.
Xidmətdən verilən məlumata görə, küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20, Kəlvəzdə 16, Bakıda və Abşeron yarımadasında isə 27-32 metr/saniyəyədək artıb.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2023
CƏMİYYƏT
Sabahın hava proqnozu açıqlandı
Xəbər lenti
0