Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb

© Photo : APAMoskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
BAKI, 9 oktyabr — Sputnik. Moskvada "Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) "Azərbaycan" pavilyonunda açılan sərgi Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR RUS" törəmə bölməsi və Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.
© Photo : APAMoskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Neft və qaz sənayesi işçilərinin peşə bayramına həsr olunan sərgini açan "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinin hərtərəfli diqqətə layiq olduğunu qeyd edib. "Hacı Zeynalabdin Tağıyev öz vəsaitini böyük humanitar layihələrə xərcləyib. Bu layihələr həm Azərbaycana, həm də Rusiyaya həsr olunub. O, azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət yetirib, Azərbaycanda gimnaziya açıb. Sentyabr ayında biz həm Azərbaycanda, həm də Rusiyada Neftçilər Gününü qeyd edirik və qərara gəldik ki, "Azərbaycan" pavilyonunda bu möhtəşəm insana həsr olunmuş fotosərgi təşkil edək, onun keçdiyi həyat yolu haqqında məlumatları təqdim edək", - deyə S.Kadırova vurğulayıb.
© Photo : APAMoskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərginin qonaqları həmçinin sənayeçi və xeyriyyəçinin tərcümeyi-halı, Azərbaycanın neft sənayesinin tarixi ilə yaxından tanış ola biliblər.
UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0