DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Konqresi fələstinlilərin Ukraynadan silah aldıqlarından şübhələnir

© AP Photo / Fadi Amunİsrail və Fələstin arasında gərginlik zonasında vəziyyət
İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyət - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Oktyabrın 7-də səhər İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb, daha sonra Fələstin HƏMAS hərəkatının silahlı nümayəndələri ölkənin cənubundakı sərhəd bölgələrini işğal ediblər.
BAKI, 9 oktyabr — Sputnik. Konqresmen Mardcori Teylor Qrin deyir ki, Fələstinin Həmas hərəkatı ukraynalılardan və əfqanlardan alınan ABŞ silahlarından İsrailə hücum etmək üçün istifadə edə bilər.

"Həmas tərəfindən İsrailə qarşı istifadə edilən hər hansı ABŞ silahının seriya nömrələrini izləmək üçün İsraillə işləmək lazımdır. Onlar Əfqanıstandanmı gəliblər? Ukraynadanmı? Çox güman ki, hər iki ölkədəndir", - Teylor Qrin sosial media X hesabında yazıb.

Oktyabrın 7-də səhər İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb, daha sonra Fələstin HƏMAS hərəkatının silahlı nümayəndələri ölkənin cənubundakı sərhəd bölgələrini işğal ediblər.
İsrail Müdafiə Qüvvələri cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başlayıb və oktyabrın 7-də axşam saatlarında yaşayış məntəqələrinin əksəriyyətinə nəzarətin bəroa edildiyi elan edilib və sərhəddəki postlara hücum edib.
Yəhudi dövlətinin Livanla sərhədində vaxtaşırı atışmalar qeydə alınır. İsrailin cənubundakı müxtəlif məntəqələrdə toqquşmalarla bağlı məlumatlar var.
Yəhudi dövlətinin hakimiyyəti 50 ildə ilk dəfə olaraq Əsas Qanunun ölkənin rəsmi şəkildə müharibə vəziyyətinə keçməsini nəzərdə tutan xüsusi bəndini tətbiq etmək qərarına gəlib.
İsrail də ABŞ-dan əlavə hərbi yardım istəyib.
Sputnik radiosu Yaxın Şərqdə eskalasiyanın ABŞ-ın Ukraynaya yardımına necə təsir edə biləcəyini yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0