Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiya bazarının əsas ərzaq növləri ilə təmin edildiyini açıqlayıb

© Sputnik / Владимир СмирновRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Prezident bildirib ki, kənd təsərrüfatı məhsulları artıq Rusiyanın əsas ixrac malları sırasındadır. Eyni zamanda, Rusiya şirkətləri bir sıra mövqelərdə qlobal liderə çevriliblər.
BAKI, 8 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu gün Rusiya bazarı bütün əsas növ ərzaq məhsulları ilə tam təmin olunub.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Putin kənd təsərrüfatı və emal sənayesi işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Rusiya fermerlərinin sənayenin ixrac potensialının artımını təmin etdiyini vurğulayıb.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları artıq Rusiyanın əsas ixrac malları sırasındadır. Eyni zamanda, Rusiya şirkətləri bir sıra mövqelərdə qlobal liderə çevriliblər. Xüsusilə, söhbət buğda və balıqdan gedir.
Daha əvvəl Rusiyanın baş naziri Mixail Mişustin bildirmişdi ki, Rusiya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olmaqla yanaşı, həm də etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, bu il ölkədə buğda, kartof, meyvə və tərəvəz istehsalının həcmi artıb.
Xəbər lenti
0