SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
İrakli Qaribaşvili deyib ki, ilin sonuna qədər Gürcüstanda dəmir yolu rabitəsinin genişləndirilməsi başa çatacaq və bu, Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
BAKI, 8 oktyabr - Sputnik. Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Gürcüstanın Baş naziri bu ilin aprelində Qəbələyə səfərə və səmimi qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
"Bizim Azərbaycan Prezidenti ilə çox səmərəli görüşümüz oldu, bir çox məsələləri, o cümlədən enerji, nəqliyyat və logistika sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bu il ticarət dövriyyəsi artmaqda davam edir; ötən dövr ərzində artıq 15 faiz artıb”, - İ.Qaribaşvili vurğulayıb.
O, həmçinin ilin sonuna qədər Gürcüstanda dəmir yolu rabitəsinin genişləndirilməsinin başa çatdığını açıqlayıb. Qeyd edib ki, bu addın Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü - Sputnik Azərbaycan, 1920, 08.10.2023
SİYASƏT
Ermənistanla sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq
Xəbər lenti
0