Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Sabah": Putin ABŞ-ın Rusiyanı mühasirəyə almaq strategiyasını tamamilə məhv etdi

© Sputnik / Григорий СысоевRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Hazırda Qərbdə Kiyev rejiminə hərbi dəstəyə etiraz yalnız güclənir.
BAKI, 7 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukrayna vasitəsilə Rusiyanı məhv etmək cəhdinin qarşısını aldı. Bu sözləri köşə yazarı Bercan Tutar Türkiyənin "Sabah" nəşri üçün yazdığı məqaləsində qeyd edib.
O, Rusiya liderinin Vaşinqtonun Rusiyanı mühasirəyə almaq strategiyasını tamamilə məhv etdiyini vurğulayıb. Həmçinin, jurnalistin fikrincə, Amerika tərəfi anti-Rusiya sanksiyaları məsələsində "qlobal uğursuzluğa" məruz qalıb.
Tutar vurğulayıb ki, hazırda Qərbdə Kiyev rejiminə hərbi dəstəyə etiraz yalnız güclənir.
"Demək olar ki, hamı bu fikirdədir ki, döyüş uduzulub və Kiyev Rusiya ilə danışıqlar masasına oturmalıdır", - deyə publisist sözünü yekunlaşdırıb.
Bundan əvvəl "Washington Post"un şərhçisi Riçard Nelson da ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı durmaq üçün yanlış taktika seçdiyi barədə fikir bildirib.
Xəbər lenti
0