Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölənlər var

© Depositphotos.com / Pavel1964Qəza
Qəza - Sputnik Azərbaycan, 1920, 07.10.2023
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 7 oktyabr - Sputnik. Gədəbəydə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2003-cü il təvəllüdlü Əli Süleymanlı və 1997-ci il təvəllüdlü Rasim Gülməmmədov aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Avtomobilin sürücüsü olan Orxan Allahverdiyev isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0