https://sputnik.az/20231006/ukrayna-silahli-quvveleri-abs-in-komeyi-olmadan-2024-cu-ilde-irelileye-bilmeyecek-459312455.html
Ukrayna Silahlı Qüvvələri ABŞ-ın köməyi olmadan 2024-cü ildə irəliləyə bilməyəcək
Ukrayna Silahlı Qüvvələri ABŞ-ın köməyi olmadan 2024-cü ildə irəliləyə bilməyəcək
Sputnik Azərbaycan
ABŞ-ın geri çəkilməsi Ukraynanı ən yaxşı halda amansız çıxılmaz vəziyyətə salacaq. Ən pis halda bu, Kiyevi əlverişsiz şərtlərlə sülh axtarmağa məcbur edəcək və... 06.10.2023, Sputnik Azərbaycan
2023-10-06T08:24+0400
2023-10-06T08:24+0400
2023-10-06T08:24+0400
ukrayna
dünya xəbərləri
abş
konqres
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_0:160:3072:1888_1920x0_80_0_0_19293ab982cb3ff87613e3d318091114.jpg
BAKI, 6 oktyabr — Sputnik. ABŞ Kiyevə kömək etməkdən imtina edərsə, Ukrayna silahlı qüvvələri 2024-cü ildə hücum əməliyyatı keçirə bilməyəcək. Şərhçi Hel Brends bu barədə "Bloomberg" üçün məqaləsində yazıb. Ekspert qeyd edib ki, Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtina etməsi ssenarisi "kifayət qədər inandırıcı" görünür. Konqres " Kiyevə sürətlə azalan yardımı artırmaq səylərindən yalnız hələlik imtina etməklə" federal hökumətin bağlanmasından qaçıb. Brends əmindir ki, bu halda Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı mövqeyi xeyli pisləşəcək. Ukrayna qoşunları üçün sadəcə müdafiəni saxlamaq belə çətin olacaq, ona görə də onlar hücum planlarını unutmalı olacaqlar. Nəşrin müəllifi hesab edir ki, Avropa ölkələri ABŞ-ın yardımının azaldılmasını kompensasiya etməyə çalışacaqlar. Lakin onların 2025-ci ilə qədər Ukrayna Silahlı Qüvvələrini təmin etmək üçün kifayət qədər silahı olmayacaq. "ABŞ-ın geri çəkilməsi Ukraynanı ən yaxşı halda amansız çıxılmaz vəziyyətə salacaq... Ən pis halda bu, Kiyevi əlverişsiz şərtlərlə sülh axtarmağa məcbur edəcək və tədricən eroziyaya səbəb olacaq", - deyə Brends sözünü yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_171:0:2902:2048_1920x0_80_0_0_2b6f6f5ad4ca5bfed4b865b58a1ce6e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ukrayna, abş, konqres
Ukrayna Silahlı Qüvvələri ABŞ-ın köməyi olmadan 2024-cü ildə irəliləyə bilməyəcək
ABŞ-ın geri çəkilməsi Ukraynanı ən yaxşı halda amansız çıxılmaz vəziyyətə salacaq. Ən pis halda bu, Kiyevi əlverişsiz şərtlərlə sülh axtarmağa məcbur edəcək və tədricən eroziyaya səbəb olacaq.
BAKI, 6 oktyabr — Sputnik. ABŞ Kiyevə kömək etməkdən imtina edərsə, Ukrayna silahlı qüvvələri 2024-cü ildə hücum əməliyyatı keçirə bilməyəcək.
Şərhçi Hel Brends bu barədə "Bloomberg" üçün məqaləsində yazıb.
Ekspert qeyd edib ki, Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtina etməsi ssenarisi "kifayət qədər inandırıcı" görünür. Konqres " Kiyevə sürətlə azalan yardımı artırmaq səylərindən yalnız hələlik imtina etməklə" federal hökumətin bağlanmasından qaçıb.
Brends əmindir ki, bu halda Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı mövqeyi xeyli pisləşəcək. Ukrayna qoşunları üçün sadəcə müdafiəni saxlamaq belə çətin olacaq, ona görə də onlar hücum planlarını unutmalı olacaqlar. Nəşrin müəllifi hesab edir ki, Avropa ölkələri ABŞ-ın yardımının azaldılmasını kompensasiya etməyə çalışacaqlar. Lakin onların 2025-ci ilə qədər Ukrayna Silahlı Qüvvələrini təmin etmək üçün kifayət qədər silahı olmayacaq.
"ABŞ-ın geri çəkilməsi Ukraynanı ən yaxşı halda amansız çıxılmaz vəziyyətə salacaq... Ən pis halda bu, Kiyevi əlverişsiz şərtlərlə sülh axtarmağa məcbur edəcək və tədricən eroziyaya səbəb olacaq", - deyə Brends sözünü yekunlaşdırıb.