DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşa və Slovakiya Kiyevə dəstəkdən imtina edib

© AFP 2023 / WOJTEK RADWANSKIUkrayna və Polşa bayraqları
Ukrayna və Polşa bayraqları - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Ukraynanın ətrafındakı beynəlxalq həmrəylik son günlərini yaşayır.
BAKI, 5 oktyabr — Sputnik. Ukrayna hakimiyyətinin səhvləri ucbatından Ukrayna Polşa və Slovakiyanın dəstəyini itirib.
Bu barədə şərhçi Pyotr Kositski "Atlantic" nəşri üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, sentyabrın 30-da Slovakiya parlamentinə keçirilən növbədənkənar seçkilərdə "Smer" fraksiyasının qələbəsi Ukrayna üçün ciddi problemə çevrilib. Məlumdur ki, partiyaya dəfələrlə Kiyevin dəstəyinə qarşı çıxan Robert Fitso rəhbərlik edir.
"Ukrayna ilə Polşa arasında münasibətlər Varşavanın Ukrayna taxılının Polşa ərazisinə idxalına embarqo qoyması səbəbindən pisləşib. Bundan əlavə, onlara Kanada parlamentində SS veteranına hörmətlə bağlı qalmaqal və Ukrayna Prezidenti Vladimir Zelenskinin Polşa tərəfinə qarşı sərt bəyanatları təsir edib", - deyə müşahidəçi izah edib.
"Ukraynanın ətrafındakı beynəlxalq həmrəylik son günlərini yaşayır", - deyə o, sözünü yekunlaşdırıb.
Robert Fiko dəfələrlə Slovakiya hakimiyyətini Kiyevə təhvil verilmiş S-300 hava hücumundan müdafiə sisteminiə və MiQ-29 təyyarələrini Ukraynaya ötürdüyünə görə tənqid edib. Onun sözlərinə görə, bununla konstitusiya normaları kobud şəkildə pozulub. Siyasətçi partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya hərbi texnikanın verilməsini dayandıracağına söz verib.
Bundan başqa, Polşa, Slovakiya və Macarıstan Avropa İttifaqının qərarına baxmayaraq, Ukrayna taxıl və kənd təsərrüfatı məhsullarının idxalına embarqonu birtərəfli qaydada uzadıblar. Kiyev buna cavab olaraq Ümumdünya Ticarət Təşkilatına şikayət göndərib. Bununla yanaşı, Polşa və Ukraynanın hakimiyyət orqanları ictimai şikayətlər mübadiləsi aparıblar. Varşava hesab edir ki, o, onsuz da Ukraynaya çox kömək edir və özünün kənd təsərrüfatını qorumaq, üstəlik, minnətdarlıq əvəzinə Ukrayna tərəfinin tənqidinə qulaq asmamaq hüququna malikdir.
Daha əvvəl bildirilmişdi ki, Ukraynanın Kiyev rejiminə hərbi və maliyyə yardımı göstərən əsas Qərb tərəfdaşları son vaxtlar gözlənilmədən Kiyevə qarşı bir sıra güclü hücumlara başlayıblar.
Xəbər lenti
0