DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paraşütlə tullanan 104 yaşlı amerikalı Hoffner dünya rekordunu yeniləyib

© AFP 2023 / SANJAY KANOJIAParaşütlə tullanan adamlar
Paraşütlə tullanan adamlar - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
104 yaşlı paraşütçü "Yaş, sadəcə bir rəqəmdir" deyib.
BAKI, 5 oktyabr — Sputnik. Amerikanın Çikaqo şəhərinin 104 yaşlı sakini Doroti Hoffner ən yaşlı paraşütçü kimi Ginnesin Rekordlar Kitabına düşə bilər.
"The Guardian" bu barədə yazıb.
Hoffner paraşütlə tullanmağa təlimatçı Derek Baxterlə gedib. 4,1 min metr hündürlükdən tullanan Hoffner, təxminən yeddi dəqiqə havada "uçub".
104 yaşlı paraşütçü "Yaş, sadəcə bir rəqəmdir" deyib.
Bundan əlavə, qadın hava balonu ilə uçuş etməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, əvvəlki Ginnes rekordu isveçli 103 yaşlı Linniya İnqeqard Larsson tərəfindən 2022-ci ilin yazında müəyyən edilib.
Daha əvvəl Yaponiyada 15 yaşlı Kirato Hitakenin iplə tullanma üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş yeni rekorda imza atdığı bildirilmişdi.
Xəbər lenti
0