https://sputnik.az/20231004/xezerde-azerbaycan-ran-birge-telimlerinin-kecirilmesi-barede-raziliq-elde-edilib-459267777.html
Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib
Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib
Sputnik Azərbaycan
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T13:50+0400
2023-10-04T13:50+0400
2023-10-04T13:50+0400
xəzər dənizi
hərbi
iran
hərbi dəniz qüvvələri
təlim
hərbi təlim
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/04/459265369_0:77:914:591_1920x0_80_0_0_007adcc6961cb5508d091dec8fa7d5be.jpg
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Xəzri-2023" birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. HDQ-nin qərargahında keçirilən görüşdə "Xəzri-2023" təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib. Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/04/459265369_13:0:902:667_1920x0_80_0_0_540b75a858709c5c3386a878a299ccfb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəzər dənizi, iran, hərbi dəniz qüvvələri, təlim, hərbi təlim
xəzər dənizi, iran, hərbi dəniz qüvvələri, təlim, hərbi təlim
Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edilib
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Xəzri-2023" birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HDQ-nin qərargahında keçirilən görüşdə "Xəzri-2023" təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.
Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.