SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İran prezidenti ilə nə danışıb?

© Sputnik / Murad OrujovXələf Xələfov
Xələf Xələfov - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Xələf Xələfov İran prezidenti ilə ikitərəfli münasibətlər, regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
BAKI, 4 oktyabr — Sputnik. İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovu qəbul edib.
Xələf Xələfov İran Prezidenti ilə ikitərəfli münasibətləri müzakirə edib.
Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
14:40
Xələf Xələfov İran XİN-in rəhbəri ilə nə danışıb?
Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüb.
Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib.
Tərəflər eyni zamanda, regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.
03.10.23, 22:41
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehrana səfər edib.
Bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.
03.10.23, 15:06
İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam Tehrana səfər edəcək.
Bu barədə "Nour News" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək. Xələf Xələfovun konkret olaraq kimlərlə görüş keçirəcəyinə dair məlumat verilməyib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, artıq İran XİN rəhbəri, Prezident İbrahim Rəisi və digər şəxslərlə görüşüb.
Xəbər lenti
0