SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş qərargah rəisi: İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazırdır

© AP Photo / Ebrahim NorooziMohəmməd Baqiri
Mohəmməd Baqiri - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Baqeri deyib ki, Cənubi Qafqaz regionunda gərginliyin olması təkcə Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil.
BAKI, 4 oktyabr — Sputnik. İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır. Bu sözləri İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mohəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.
"Cənubi Qafqaz regionunda gərginliyin olması təkcə Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil", - deyə Baqeri bildirib.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Xəbər lenti
0