Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Hacızadə: Fransa XİN başçısının saxta iddiaları sülhə xidmət etmir

© Photo : MFA AzerbaijanРуководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде
Руководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Katrin Kolonnaya cavab verib.
BAKI, 3 oktyabr - Sputnik. Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Fransa xarici işlər nazirinin iddialarına cavabında bildirib.
"Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı", - XİN rəsmisi qeyd edib.
Xəbər lenti
0