QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə körpü altından yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlandı

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Ermənilər Xocavənddə 4 körpünü minalayıb
Ermənilər Xocavənddə 4 körpünü minalayıb
 - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb.
BAKI, 2 oktyabr — Sputnik. Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Ermənilər Xocavənddə 4 körpünü minalayıb
Ermənilər Xocavənddə 4 körpünü minalayıb
 - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Ermənilər Xocavənddə 4 körpünü minalayıb
Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Ermənilər Xocavənddə 4 körpünü minalayıb
Ermənilər Xocavənddə 4 körpünü minalayıb
 - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Ermənilər Xocavənddə 4 körpünü minalayıb
Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
ANAMA əməkdaşları aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirərək ərazilərin təhlükəsizliyini təmin edib.
Xəbər lenti
0