DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan ABŞ-dan izah tələb edib

© Sputnik / Kamal AlmuradlıGürcüstan bayrağı
Gürcüstan bayrağı - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili USAID-in Gürcüstanda inqilabi prosesləri maliyyələşdirməsi ilə bağlı məlumatı ABŞ-ın Gürcüstana göstərdiyi yardım tarixində qara gün adlandırıb.
BAKI, 2 oktyabr — Sputnik. Gürcüstan vətəndaşlarını hökumətin devrilməsinə hazırlayan Serbiya vətəndaşlarının iştirakı ilə təlimlərin USAID Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib.
"Məlum olub ki, bütün bunlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir, hansı ki, USAID adlanır, yəni ABŞ yardımı deməkdir. Təbii ki, bizə izah verilməlidir ki, niyə birbaşa məqsədi Gürcüstanda inqilab hazırlamaq olan belə bir təlim USAİD tərəfindən maliyyələşdirilib", - Kobaxidze mətbuat brifinqində deyib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili USAID-in Gürcüstanda inqilabi prosesləri maliyyələşdirməsi ilə bağlı məlumatı ABŞ-ın Gürcüstana göstərdiyi yardım tarixində qara gün adlandırıb.
"Bu, ABŞ-ın Gürcüstana yardım tarixində qara gündür. Amerikalıların pulları burada hansısa inqilabi prosesləri planlaşdırmaq, insanları iğtişaşlara və təxribatlara məqsədyönlü şəkildə hazırlamaq üçün istifadə olunur. Təəssüf ki, Amerika xalqının pulu bu işə qarışıb", - o jurnalistlərə bildirib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) oktyabrın 2-də verdiyi məlumata görə, Serbiya vətəndaşları Sinisa Sikvan, Jelena Stojsic və Slobodan Djinovic USAID-in dəvəti ilə sentyabrın 25-də Gürcüstana gələrək paytaxt otellərindən birində "hakimiyyətin zorla devrilməsinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalı olan" təşkilatlar və vətəndaş fəallarının iştirakı ilə təlimlər keçiriblər. "Kanvas" təşkilatını təmsil edən Serbiya vətəndaşları artıq Dövlət Təhlükəsizlik Xidmətində dindirilib.
Sentyabrın 18-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb ki, Ukraynada olan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Georgi Lordkipanidze də daxil olmaqla bir qrup şəxs Gürcüstanda "Avromaydan"ın analoqunu təşkil etməyi planlaşdırır. Məlumata görə, hakimiyyəti zorla devirmək məqsədi ilə iğtişaşlar təşkil etmək planlaşdırılır.
Xəbər lenti
0