Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir

© AR Ministry of Defence"Xəzri-2023" təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıya səfər edib
Xəzri-2023 təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıya səfər edib
 - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
BAKI, 2 oktyabr - Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.
Müdafiə Nazirliyi xəbər verir ki, birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
© AR Ministry of Defence"Xəzri-2023" təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıya səfər edib
Xəzri-2023 təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıya səfər edib
 - Sputnik Azərbaycan, 1920, 02.10.2023
"Xəzri-2023" təlimində iştirak edəcək Qazaxıstanın hərbi gəmiləri Bakıya səfər edib
Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. HDQ komandanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.
Xəbər lenti
0