Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Asim Mollazadə: "Energetika haqqında" yeni qanun bu sahənin liberallaşmasına töhfə verəcək

© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Biz yeni texnologiyaları Qarabağa cəlb edərək oranı cənnətə döndərməliyik -, deyə deputat qeyd edib.
BAKI, 2 oktyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında "Energetika haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 6 fəsil, 28 maddədən ibarətdir.
Milli Məclisin deputatı Asim Mollazadə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda qəbul ediləcək "Energetika haqqında" yeni qanun bu sahənin liberallaşmasına və yeni enerji sistemlərinin formalaşmasına töhfə verəcək.
"Azərbaycan neft-qaz sahəsində dünyada aparıcı rol oynayıb və bu gün zamanın tələblərinə uyğun olaraq yeni enerji sisteminə qədəm qoyuruq. Digər tərəfdən, artıq keçid dövründəyik. Çalışmalıyıq ki, aletrnativ enerji mənbələrindən istifadədə yeni texnologiyaları tətbiq edərək inkişaf edək. Eyni zamanda Azərbaycan Böyük Qayıdış layihəsini həyata keçirir. Dövlət başçımız Qarabağı ekoloji baxımdan yaşıl mühitə çevirir. Biz yeni texnologiyaları Qarabağa cəlb edərək oranı cənnətə döndərməliyik", - deyə o qeyd edib.
Qeyd edək ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir.
Qanun layihəsi hazırlanarkən Azərbaycanda bazar iqtisadiyyatının mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin qanunvericiliyi araşdırılıb və nəzərə alınıb.
Əlavə edək ki, qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0