SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

© AP Photo / Pavel GolovkinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2023
Abunə olmaq
Ərdoğan deyib ki, Türkiyə dostlarının sayını artırmaq istəyir və uzatdığı dostluq əlini qəbul edənlərlə əməkdaşlığa hazırdır.
BAKI, 1 oktyarbr - Sputnik. Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və haqq öz yerini tutub.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Uzatdığımız dostluq əlini tutan hər kəslə bu yolda ortaq maraqlar istiqamətində addımlamaqdan məmnun olarıq. Son vaxtlar bu istiqamətdə bir çox mühüm uğurlu addımlar atmışıq”, - Ərdoğan vurğulayıb.
“Ölkəmizin ətrafında sülh və əmin-amanlıq zonası yaratmaq məqsədimizdə ciddi irəliləyişlər əldə etmişik. Regional inteqrasiya layihələri ilə əməkdaşlığımızı dərinləşdirməyə çalışdıq. Bunlara yenilərini əlavə etməyə hazırıq”, - Türkiyə lideri əlavə edib.
Xəbər lenti
0