DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Braziliyada son bir həftədə yüzdən çox ölü delfin tapılıb

© AFP 2023 / MORTEN STRICKERDelfin, arxiv şəkli
Delfin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2023
Abunə olmaq
Ekspertlər və fəallar delfinləri temperaturun aşağı olduğu Amazonun əsas axınına apararaq onları xilas etməyə çalışırlar, lakin bu yerlərin çətin relyefi işləri çətinləşdirir.
BAKI, 1 oktyabr - Sputnik. Braziliyanın Tefe gölündə son 7 gündə yüzdən çox ölü delfin tapılıb.
Bu barədə "Report" xəbər verir.
Braziliya Elm və Texnologiya Nazirliyi tərəfindən yaradılan Mamiraua İnstitutu vurğulayıb ki, delfinlərin ölümünə səbəb quraqlıq və Amazonda rekord yüksək su temperaturu ola bilər.
Hazırda ekspertlər və fəallar delfinləri temperaturun aşağı olduğu Amazonun əsas axınına apararaq onları xilas etməyə çalışırlar, lakin bu yerlərin çətin relyefi işləri çətinləşdirir.
Qeyd edək ki, Amazon çayında son 20 ilin ən pis quraqlığı müşahidə edilib. Quraqlıq səbəbindən Amazonun beş böyük qolunda suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin əvvəlki 2005 və 2010-cu illə müqayisədə daha yavaşdır.
Xəbər lenti
0