Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb - VİDEO

© AR Ministry of DefenceXocavənd ərazisində müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb
Xocavənd ərazisində müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb  - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri müvafiq toplama məntəqəsinə daşınıb.
BAKI, 30 sentyabr - Sputnik. Xocavənd rayonu ərazisində artilleriya qurğuları müsadirə edilib.
Müdafiə Nazirliyi həmin artilleriya qurğularının videogörüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:
25.09.23, 17:45
Kəlbəcər ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib
Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.
Bu barədə MN-dən bildirilib. Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.
Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edərək silah-sürsatları təhvil verməyi tələb edib.
15:30
Ağdamın Qızıl Kəngərli kəndində Ermənistan SQ-yə məxsus cəbbəxana üzə çıxdı
Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.
11:06
Ermənilərin mərmər zavodunun zirzəmisində gizlətdiyi silah-sursat üzə çıxdı
Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.
Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.
24.09.23, 19:26
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir
Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.
Xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.
Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.
17:08
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceErmənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
 - Sputnik Azərbaycan, 1920, 24.09.2023
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırmış.
14:20
Xocavənd rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
10:07
Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.
23.09.23, 19:20
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını təqdim edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müsadiər edilən silah-sursatı siyahısı belədir:
1. Tank 4
2. PDM 1
3. MT-LB ZQ-20/3 “Zastava” 3
4. Top 2
5. Haubitsa 12
6. Minaatan 12
7. Mina 468
8. Mina üçün atım 956
9. Minaatan mərmisi 441
10. Qumbaraatan 22
11. Qumbaraatan mərmisi 46
12. Atıcı silah 313
13. Patron 66242
14. Raket 50
15. Partladıcı 300
16. Əl qumbarası 62
17. Faqot buraxıcı qurğu 3
18. ZRK 28
19. ZİL BAZASINDA NDM 1
20. TOR 2M EAL maşını KamMAZ bazasında 1
Xəbər lenti
0