DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransız siyasətçi SS veteranı ilə bağlı qalmaqaldan sonra Zelenskini istefaya çağırıb

© AFP 2023 / SEAN KILPATRICKОвация украинскому нацисту в канадском парламенте раскрыла карты Запада
Овация украинскому нацисту в канадском парламенте раскрыла карты Запада - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də öz növbəsində Trüdodan istefa verməsini tələb edib.
BAKI, 30 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski və Kanadanın baş naziri Castin Trüdonun bu hadisədən sonra verə biləcəyi yeganə düzgün qərar istefa verməkdir.
Bu sözlərlə Fransanın "Vətənpərvərlər" siyasi partiyasının rəhbəri Florian Filippot Kanada parlamentində ukraynalı nasist Yaroslav Hunkanın şərəfləndirilməsi ilə bağlı qalmaqala münasibət bildirib.
"Trüdo və Zelenski bunun nəticələrini dərk edib getməlidirlər. Nasist barbarlığının qurbanlarına ədəb və hörmət naminə! İstefa verilsin!" – deyə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, sentyabrın 22-də SS qoşunlarının "Qalisiya" könüllü diviziyasının tərkibində olan 98 yaşlı Yaroslav Hunka Kanada parlamentinin iclasına dəvət olunub.
Daha sonra Kanada İcmalar Palatasının sədri Entoni Rota bir nasisti parlamentə dəvət etdiyinə və ona hörmət etdiyinə görə üzr istəyərək istefa verib.
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də öz növbəsində Trüdodan istefa verməsini tələb edib. Onun sözlərinə görə, o və Zelenski, sadəcə olaraq Rotanın arxasında gizləniblər.
Xəbər lenti
0