QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan növbəti tibbi yardım briqadasını Xankəndiyə yola salıb

© Sputnik / Murad OrujovXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.
Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.
Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.
26.09.23, 10:56
Bakıdan Xankəndinə növbəti humanitar yardım yola salınıb
Sentyabrın 26-da Bakıdan Xankəndinə növbəti humanitar yardım göndərilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə salınıb.
Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.
Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.
Xatırladaq ki, sentyabrın 22-də də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb. Bundan əlavə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.
Xəbər lenti
0