Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavrobus aşıb, 7 nəfər xəsarət alıb

© Depositphotos.com / KonejotaРазбитое лобовое стекло автобуса
Разбитое лобовое стекло автобуса - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.
BAKI, 30 sentyabr - Sputnik. Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, sərnişin daşıyan “Mersedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.
Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.
Xəbər lenti
0