Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: "Naxçıvanda xarici investisiya hesabına külək və günəş enerjisi yaradılacaq"

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPərviz Şahbazov
Pərviz Şahbazov  - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Onun sözlərinə görə, bu işlərin görülməsinə artıq başlanılıb və bu, Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün hazırlanan Konsepsiyada nəzərdə tutulub.
BAKI, 29 sentyabr — Sputnik. Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvanda külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın ixracı strateji hədəfdir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu işlərin görülməsinə artıq başlanılıb və bu, Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün hazırlanan Konsepsiyada nəzərdə tutulub: "Fransanın "TotalEnergies" və "Nobel Energy" şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik. "Nobel Energy" şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Çexiyanın "Czech Engineering" şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Həmçinin Almaniyanın "Notus" şirkəti Naxçıvanda "yaşıl enerji" layihələri reallaşdırmaq niyyətindədir".
P. Şahbazov qeyd edib ki, ilkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir: "Göründüyü kimi Naxçıvanın "yaşıl enerji" potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Qarşıda yeni generasiya güclərinin Naxçıvanın enerji sisteminə inteqrasiyası ilə yanaşı, elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi məqsədilə yeni enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, tezlik tənzimlənməsi, habelə enerji sisteminin "Elektrik Enerjisi üzrə Avropa Ötürücü Sistem Operatorları Şəbəkəsi"nə (ENTSO-E) qoşulması ilə əlaqədar həlli vacib məsələlər dayanır. Bütün bunlar Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində əməkdaşlığımızın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən İşçi qrupları üçün yeni gündəlik müəyyənləşdirir".
Xəbər lenti
0