Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Komitə sədri: Bu ilin sonuna 7 minə yaxın vətəndaş azad edilmiş rayonlara köçəcək

© AFP 2023 / Tofik Babayevköç
köç - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur.
BAKI, 29 sentyabr — Sputnik. I Qayıdış Dövlət Proqramı çərçivəsində 500-dən artıq ailə azad edilmiş ərazilərin müxtəlif rayonlarına köçürülüb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan şəhərində keçirilən "II Azərbaycan Milli Şəhərsalma Forumunda" deyib.
O bildirib ki, bu ilin sonuna 7 min nəfərə yaxın vətəndaş işğaldan azad edilmiş rayonlara köçə biləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Bundan öncə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "ağıllı kənd" və "ağıllı şəhər"lərin tikintisidir. Artıq məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb sakinlərin istifadəsinə verilib və orada artıq ailələr yaşayır. Növbəti belə bir kənd isə Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək.
Xəbər lenti
0