Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Gələn il 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq-Prezident

© AFP 2023 / Tofik BABAYEVZəngilanda Ağalı kəndi
Zəngilanda Ağalı kəndi - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
İlham Əliyevun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq.
BAKI, 29 sentyabr — Sputnik. "Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
"Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Prezident vurğulayıb ki, Böyük Qayıdış Proqramının icrası bir nömrəli vəzifədir. Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara – red.) qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar".
Dövlət başçısı onu da qeyd edib ki, gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-dən çox kəndə 4 mindən çox ailənin qayıdışı gözlənilir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq.
"Paralel olaraq həmin ərazilərdə mütəşəkkil şəkildə müasir nəqliyyat və digər infrastrukturlar, məşğulluq imkanları yaradılır, sülh və əmin-amanlıq bərqərar olur", - deyə sədr qeyd edib.
Xəbər lenti
0