Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

FHN: Xankəndidə axtarış-xilasetmə əməliyyatı sona çatıb - VİDEO

© Sputnik / Murad OrujovВид на Ханкенди, фото из архива
Вид на Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
BAKI, 29 sentyabr — Sputnik. Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Nazirliyin məlumatına görə, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, hadisə sentyabrın 25-də Əsgəran-Xankəndi yolunun yaxınlığında baş verib.
Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
Əlavə edək ki, "24News" portalı məlumat yayıb ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.
28.09.23
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xankəndiyə yanacaq daşıyan daha iki avtomobil göndərilib
 - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası
Qarabağa Ağdam-Əsgəran-Xankəndi yolu ilə daha 32 ton benzin göndərilib
Xəbər lenti
0