Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Əsədov Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanƏli Əsədov Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb
Əli Əsədov Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.
Bu barədə Sputnik Azərbaycan Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb.
Əməkdaşlığın müxtəlif sahələrində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə baxıldı.
Xəbər lenti
0