Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı üzrə uşaq bağçalarında boş qalan yerlər açıqlanıb

© AFP 2023 / ERIC CABANIS uşaq bağçaları
 uşaq bağçaları - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Abunə olmaq
2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.
BAKI, 28 sentyabr — Sputnik. Paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün qeyd olunan yaş qrupları üzrə www.bq.edu.az saytı vasitəsilə növbəyə yazıla bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciətlərin sorğuya çevrilməsi minimum 5 gündən sonra həyata keçirilir. Müraciət sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Onu da qeyd edək ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Xəbər lenti
0