Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: ABŞ və Britaniya Sevastopola hücum zamanı Ukraynaya kömək edib

© AFP 2023 / ALEXANDER NEMENOVRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Zaxarova deyib ki, Sevastopol yenidən hücuma məruz qaldı və hücumun Qərbin kəşfiyyat vasitələri, NATO-nun peyk avadanlığı, kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırıldığına heç bir şübhə yoxdur.
BAKI, 27 sentyabr — Sputnik. Sevastopola hücum amerikalı və britaniyalı mütəxəssislərlə sıx koordinasiya əsasında həyata keçirilib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Sentyabrın 22-də Sevastopol yenidən hücuma məruz qaldı və hücumun Qərbin kəşfiyyat vasitələri, NATO-nun peyk avadanlığı, kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırıldığına və Amerikanın və Britaniya kəşfiyyat xidmətlərinin sıx koordinasiyası ilə həyata keçirildiyinə heç bir şübhə yoxdur", -deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, sentyabrın 22-də Ukrayna Silahlı Qüvvələri Sevastopola raket hücumu həyata keçirib. Rusiyanın Qara Dəniz Donanmasının baş qərargahının binasına ziyan dəyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0