Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib

DYP - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək
BAKI, 26 sentyabr - Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.
Bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək:
“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlməyə üstünlük versinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilərdən isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamamağı xahiş edirik”.
Xəbər lenti
0