Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şahruddin "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb

© AFP 2023 / TOFIK BABAYEVŞahruddin Məhəmmədəliyev
Şahruddin Məhəmmədəliyev - Sputnik Azərbaycan, 1920, 24.09.2023
Abunə olmaq
29 yaşlı qolkiper səfərdə "Kasımpaşa"ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb və komandasını uduzdurub.
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin "Adana Demirspor" klubunda debüt edib.
29 yaşlı qolkiper səfərdə "Kasımpaşa"ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.
19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar (Report).
Qeyd edək ki, qarşılaşma "Kasımpaşa"nın qələbəsi ilə bitib - 2:1.
06.09.23, 14:19
Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan gedir
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə "TRT Spor" telekanalı məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı qapıçı Superliqada çıxış edən "Adana Demirspor" klubu ilə anlaşıb.
Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.
“Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”.
Bunu Report-a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı danışarkən deyib.
Ağdam klubunun rəsmisi Azərbaycan vətəndaşının Türkiyədə yerli statusda çıxış etməsinin transferdə vacib rol oynadığını bildirib:

“Şahruddinin “Adana Dəmirspor”dan təklifi var idi. Bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda "Şahdağ" və "Sumqayıt" komandalarının da formasını geyinib.
Xəbər lenti
0