Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Hərbi attaşelərin Şuşa səfəri - VİDEO

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 24.09.2023
Abunə olmaq
Hərbi attaşelər Şuşa ərazisində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus tərk edilmiş dayaq məntəqəsinə baxış keçiriblər.
BAKI, 24 sentyabr - Sputnik. Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa şəhərinə ilk səfəri təşkil edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Hərbi attaşelər Şuşa rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus tərk edilmiş dayaq məntəqəsinə baxış keçiriblər.
Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri tərəfindən nümayəndə heyətinə antiterror tədbirlərindən sonra müsadirə olunmuş döyüş texnikası, hərbi avadanlıqlar və silah-sursat haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.
Xəbər lenti
0