DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İndoneziya dünyanı dəniz səviyyəsinin qalxması təhlükəsinə qarşı birləşməyə çağırır

© AFP 2023 / GEOFF CADDICKDalğa
Dalğa - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, hazırda qlobal dəniz səviyyəsi 1900-cü illə müqayisədə 20 santimetr yüksəlib.
BAKI, 22 sentyabr — Sputnik. İndoneziyanın xarici işlər naziri Retno Marsudi ölkələri dəniz səviyyəsinin qalxmasının yaratdığı təhlükələrə qarşı mübarizədə birləşməyə çağırıb.
O, bu çağırışı Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Tuvalu, Palau, Marşal adaları və BMT-nin Qlobal İqlim Mobilliyi Mərkəzinin birgə təşkil etdiyi səhər yeməyi zamanı edib.

"Dəniz səviyyəsinin yüksəlməsi bizim sağ qalmağımızı təhdid edən real təhlükədir, ona görə də bunun öhdəsindən gəlmək üçün birləşməliyik", - deyə Marsudi qeyd edib.

Onun bəyanatının səsyazması İndoneziya Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb.
Xarici işlər naziri ölkələri CO2 emissiyalarını azaltmaqla və iqlim dəyişikliyinin sürətini yavaşlatmaqla dəniz səviyyəsinin qalxmasının qarşısını almaq və təsirlərini yumşaltmaq üçün birgə işləməyə çağırıb.

"Qlobal istiləşmə 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılsa belə (illik - red.), bu, dəniz səviyyəsinin qalxmasını dayandıra bilməyəcək", - deyə nazir xəbərdarlıq edib.

O, regional bütövlüyün qorunması səylərinin vacibliyini vurğulayıb, çünki dəniz səviyyəsinin yüksəlməsi problemi dəniz sərhədlərinin bir hissəsini də silə bilər. Marsudinin sözlərinə görə, gələcəkdə bu məsələ "qeyri-müəyyənlik və münaqişələr" yarada bilər.
Nazir İndoneziyanın 11 oktyabr 2023-cü ildə Balidə Arxipelaq və Ada Dövlətləri Forumuna ev sahibliyi etmək planlarını açıqlayıb.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin məlumatına görə, hazırda qlobal dəniz səviyyəsi 1900-cü illə müqayisədə 20 santimetr yüksəlib. CO2 emissiyaları yüksək qalarsa, dəniz səviyyəsinin qalxmasının 2100-cü ildə 1 metrə çatacağı proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0