DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu gün bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur

© Sputnik / Murad OrujovBakıda avtomobillərin hərəkatı
Bakıda avtomobillərin hərəkatı - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
Bu gün bir çox ölkələrin böyük şəhərlərində avtomobillərdən istifadə azaldılır. Bəzi şəhərlərdə bu gün xüsusi təşkil olunmuş tədbirlər də keçirilir.
BAKI, 22 sentyabr — Sputnik. 1998-ci ildən etibarən hər il sentyabrın 22-də bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur. Həmin ekoloji təqvim gəzinti, velosiped sürmək və ictimai nəqliyyatdan istifadə ideyasını təbliğ etmək məqsədilə keçirilir.
İlk Ümumdünya Avtomobilsiz Günü 1973-cü ildə İsveçrədə keçirilib. O zaman ölkə hakimiyyəti yanacaq böhranı ilə əlaqədar vətəndaşları dörd gün ərzində avtomobillərdən imtina etməyə çağırıb. Avtomobildən istifadənin imtina edilməsi ilə əlaqədar ilk ümummilli kampaniya isə Böyük Britaniyada keçirilib. Bir il sonra isə Fransada təşkil olunub. Avropanın müxtəlif ölkələrində avtomobillərdən imtinaya dair ayrıca kampaniyalar 1997-ci ilə qədər davam edib. O vaxtlar cəmi iki şəhər bu günü qeyd edirdisə, hazırda təqribi hesablamalara görə, hər il dünyanın 1,5 min şəhərində 100 milyondan çox insan həmin ekoloji aksiyada iştirak edir.
Müasir şəraitdə avtomobillərdən tamamilə imtina etməyin sadəcə mümkün olmadığını başa düşən şəhərlərin, o cümlədən müxtəlif təşkilatların rəhbərləri ən azı ildə bir dəfə ictimaiyyətə avtomobil nəqliyyatının özü ilə gətirdiyi problemləri xatırlatmaq istəyirlər.
Avtomobillərin çox olması təkcə böyük şəhərlərin problem deyil, bu, uzun müddətdir ki, qlobal xarakter daşıyır. Avtomobil nəqliyyatı həm planetin biosferinə mənfi təsir edir, həm də insanların ölümünə səbəb olur. Hesablamalara görə, avtomobillər hər gün 3 mindən çox insanın qatilidir. Hər dəqiqə konveyerdən yeni bir "qatil avtomobil" çıxır. Bütün bunlarla birlikdə istehsalın tempi artmaqda davam edir: avtomobil ən çox reklam edilən mallar arasında ilk yerlərdən biridir.
Bu gün bir çox ölkələrin böyük şəhərlərində avtomobillərdən istifadə azaldılır. Bəzi şəhərlərdə bu gün xüsusi təşkil olunmuş tədbirlər də keçirilir.
© Sputnik / Антон ДенисовAvtomobildən tullanan qazlar, arxiv
выхлопные газы - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Avtomobildən tullanan qazlar, arxiv
Qeyd edək ki, Azərbaycanda 1,6 milyon avtomobil qeydə alınıb ki, onun 80-85 faizi paytaxtdadır. Hazırda Azərbaycanda olan 85 min maşının yaşı 5 ilə qədər, 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur. Avtomobillərin 7-8 faizinin yaşı isə 40 ili ötüb. Bu isə ətraf mühitə, xüsusilə iri şəhərlərdə, hərəkətin intensiv olduğu yaşayış məntəqələrində atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərir. Təsadüfi deyil ki, ölkədə nəqliyyatdan buraxılan tullantıların miqdarı 1990-cı illə müqayisədə 207 min ton artıb. 2019-cu ildə bu rəqəm 945 min ton olub. Bu da nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artması ilə izah edilir. Nəqliyyatın atmosferə vurduğu ziyanın qarşısının alınmasında ən effektiv mübarizə üsullarından biri hibrid və elektriklə işləyən avtomobillərin sayının artırılmasıdır. Ötən il Azərbaycana 400-dən çox elektromobil idxal olunub. Bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadəni artıracağına ümidləri artırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0