DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yunanıstanda əmək qanunlarına edilən dəyişikliklərə görə ümummilli tətil keçirilir

© AFP 2023 / ANGELOS TZORTZINISYunanıstanda etirazlar
Yunanıstanda etirazlar - Sputnik Azərbaycan, 1920, 21.09.2023
Abunə olmaq
Tətil səbəbindən cümə axşamı qatarlar və avtobuslar qısaldılmış qrafiklə işləyir, bir çox məktəblər bağlanıb.
BAKI, 21 sentyabr - Sputnik. Yunanıstanda əmək qanunvericiliyindəki dəyişikliklərə etiraz olaraq ümummilli tətil keçirilir.
Bu barədə "Reuters" beynəlxalq xəbər agentliyi xəbər verir.
"Yunanıstan dövlət sektorunun işçiləri əmək qanunlarına edilən dəyişikliklərə etiraz etmək üçün cümə axşamı işə getməyiblər", - məlumatda deyilir.
Qeyd olunur ki, tətil səbəbindən cümə axşamı qatarlar və avtobuslar qısaldılmış qrafiklə işləyir, bir çox məktəblər bağlanıb.
Bu yaxınlarda Litvada müəllimlər həmkarlar ittifaqının sentyabrın 29-dan tətil elan edəcəyi bildirilib. Tədbir təhsil sahəsindəki problemlərin əksəriyyətinin "həll edilməməsi, rəqəmlərin və faktların təfsirinin arxasında gizlədilməsi" ilə əlaqədardır.
Xəbər lenti
0