DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya ilə ABŞ arasında qarşıdurma yeni səviyyəyə keçir - Ekspert

© Sputnik / Владимир ТрефиловRusiya və ABŞ bayraqları, arxiv şəkli
Rusiya və ABŞ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Kolumbiya Universitetinin professoru bildirib ki, əvvəllər çoxsaylı münaqişələrə baxmayaraq, Vaşinqtonun güclü rəqibləri yox idi və indi Moskva belə bir rəqibə çevrilib.
BAKI, 20 sentyabr — Sputnik. Rusiya ABŞ-ın NATO-nun genişlənməsinə dair təxribatçı siyasətinə sərt cavab verib. Amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks bu barədə "The Duran" YouTube kanalına müsahibəsində bildirib.
Kolumbiya Universitetinin professoru Rusiyanın mövqeyinə görə NATO-nun hərəkətlərinin uğursuzluğunu etiraf edib və Ukrayna münaqişəsini Vaşinqtonun təsirinin zəifləməsinin sübutu adlandırıb. Ekspertin sözlərinə görə, Moskva ABŞ-ın təzyiqinə birbaşa "yox" deyib. Digər dövlətlər də ABŞ-ın hökmranlığını deyil, çoxqütblü dünyanı tələb edirlər.
Saks vurğulayıb ki, Rusiya ilə ABŞ arasında qarşıdurma yeni səviyyəyə keçir: "Əvvəllər çoxsaylı münaqişələrə baxmayaraq, Vaşinqtonun güclü rəqibləri yox idi və indi Moskva belə bir rəqibə çevrilib.
Bundan əvvəl ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin elektron döyüş sistemləri Amerikanın ATACMS raketlərini asanlıqla məhv bilər.
Xəbər lenti
0