QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda Rusiya sülhməramlıları atəşə tutulub, hərbçilər həlak olub - Rusiya MN

© AFP 2023 / ANDREY BORODULINQarabağdakı Rusiya sülhməramlıları, arxiv
Qarabağdakı Rusiya sülhməramlıları, arxiv - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
Rusiya Müdafiə nazirliyi Qarabağdakı sülhməramlılarla bağlı məlumat yayıb.
BAKI, 20 sentyabr - Sputnik. Azərbaycanın Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub. TASS-ın Rusiya Müdafiə nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində hərbçilər həlak olub.

“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, - deyə Rusiya MN-in məlumatında bildirilir.

Hərbi idarədən qeyd edilib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0