Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ovçuların nəzərinə: "Ovçuluq haqqında" qanuna dəyişiklik edilir

© AFP 2023 / RAIGO PAJULAOvçu
Ovçu - Sputnik Azərbaycan, 1920, 20.09.2023
Abunə olmaq
İclasda həmçinin "Ovçuluq haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (birinci oxunuş) müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
BAKI, 20 sentyabr — Sputnik. Ötən gün Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib. İclasın gündəliyində 3 məsələnin müzakirəsi yer alıb.
İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.
İclasda həmçinin "Ovçuluq haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (birinci oxunuş) müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
0