DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask “X” sosial şəbəkəsindən istifadə üçün aylıq ödəniş tətbiq etmək istəyir

© AFP 2023 / CHRIS DELMASX - Twitter
X  - Twitter - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Abunə olmaq
“Tesla” və “SpaceX”in rəhbəri belə bir tədbirin "bot orduları"ilə mübarizə aparmaq üçün lazım olduğunu izah edib.
BAKI, 19 sentyabr — Sputnik. “X” şirkəti platformadan istifadə edənlərdən hər ay pul almaq niyyətindədir.
Bunu amerikalı sahibkar və milyarder İlon Mask deyib.
İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib.
“Biz “X” sistemindən istifadə üçün minimal aylıq ödəniş tətbiqinə keçirik”, - deyə dünyaca tanınmış iş adamı qeyd edib.
Amerikalı milyarderin sözlərinə görə, ödəniş az olacaq. Belə bir tədbirin "bot orduları"ilə mübarizə aparmaq üçün lazım olduğunu izah edib.
“Twitter” sosial şəbəkəsi 2023-cü ilin iyul ayında loqosunu dəyişərək, mavi quş şəklini ağ-qara “X” loqosu ilə əvəz edib. Sosial şəbəkənin adı “X” olaraq dəyişdirildikdən sonra “Twitter”dəki nəşrlərin “tvitlər” deyil, “X”lər adlandırılacağını deyən Mask sosial şəbəkənin yeni konseptində köhnə ad və loqonun artıq məna kəsb etmədiyini vurğulayıb. O, həmçinin sosial şəbəkənin funksionallığını genişləndirəcəyini, daha doğrusu maliyyəni idarə etmək bacarığını və yeni ünsiyyət üsullarını əlavə edəcəyini vəd edib.
Xəbər lenti
0