Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda yenilənmiş kağız pul nişanları tədavülə buraxılıb

© Sputnik / Murad OrujovPul sayan qadın, arxiv şəkli
Pul sayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2023
Abunə olmaq
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində "2023" istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.
Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.
Xəbər lenti
0