DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rumıniya fermerləri Ukraynadan aqrar məhsulların idxalına qadağa qoyulmasını tələb ediblər

© Photo : Ministry of Agriculture (Azerbaijan)Fermer iş zamanı
Fermer iş zamanı - Sputnik Azərbaycan, 1920, 17.09.2023
Abunə olmaq
Cümə günü Avropa Komissiyası Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünə qoyulan embarqonu uzatmamaq qərarına gəlib.
BAKI, 17 sentyabr - Sputnik. Rumıniyalı fermerlər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb ediblər.
Rusiya KİV-lərinin yazdığına görə, fermerlər hesab edirlər ki, bu tədbir Rumıniyanın ərzaq təhlükəsizliyini qorumaq üçün digər məsələlərlə yanaşı vacibdir.
Rumıniya kənd təsərrüfatı istehsalçılarının əsas təşkilatlarını birləşdirən Rumıniya Kənd Təsərrüfatı və Kooperasiya Alyansı ölkə hökumətindən Ukraynadan bir sıra kənd təsərrüfatı məhsullarının idxalını qadağan edən normativ akt qəbul etməyi tələb edib.
Qeyd edək ki, aprel ayında Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya Ukrayna ərazisindən taxıl və digər növ kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Daha sonra onlar bu tədbirləri Avropa Komissiyasının əvvəlcə iyunun 5-dək, sonra isə sentyabrın 15-dək Ukraynadan dörd növ taxıl və yağlı bitkilərin - buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının tədarükünə embarqo qoyması müqabilində ləğv etdilər. Bu beş Mərkəzi Avropa ölkəsi embarqonun ən azı ilin sonuna qədər uzadılmasını istəyirdi.
Cümə günü Avropa Komissiyası Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünə qoyulan embarqonu uzatmamaq qərarına gəlib, lakin Kiyevdən Aİ ölkələrində bazar şoklarının qarşısını almaq üçün fəaliyyət planı tələb edib. Bundan sonra Macarıstan, Polşa və Slovakiya Ukrayna taxılının tədarükünə birtərəfli qadağa qoyub. Eyni zamanda, Rumıniya isə fermerlərinin müdafiəsi ilə bağlı qərarını təxirə salıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0